“Nüvə razılaşması qorunmalıdır”: Əli Əkbər Salihi

Nüvə razılaşmasının ortadan qalxması gözlənilməz regional və qlobal problemlər doğurar. Bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salihi deyib.

1097070
“Nüvə razılaşması qorunmalıdır”: Əli Əkbər Salihi

İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salihi, Yaponiyanın Kyodo xəbər agentliyinə müsahibəsində, Belçikanın paytaxtı Brüsseldə İran və Avropa İttifaqı rəsmiləri arasında davam edən nüvə danışıqlarıyla Yaponiya və İran əlaqələrinə münasibət bildirib. O qeyd  edib ki, Yaponiya, Vaşinqton rəhbərliyinin rəsmi Tehrana istiqamətli təktərəfli sanksiya tətbiqinə görə İrana qarşı əlaqələrdə etinalı addımlar atmağa səy edir. Bu ölkənin ABŞ-na qarşı həssas mövqe daşıdığının idrakındayıq.

Yaponiyaya sağlamlıq və elmi texnologiya kimi ABŞ sanksiyaları tərkibində iştirak etməyən sahələrdə əməkdaşlığın gücləndirilməsi haqda çağırış edən Salehi: "Yaponiyanın daha müstəqil rol oynadığını görmək istəyirik. Yaponiya istərsə bir çox sahədə əməkdaşlıq edəbilərik. Amerikanı maraqlandırmayan və bu ölkə ilə heç bir əlaqəsi olmayan əməkdaşlıq ediləsi xeyli sahə vardır” -deyə Salehi vurğulayıb.

ABŞ-ın May 2018-də təktərəfli olaraq çıxdığı nüvə razılaşmanın qüvvədə qalmasının təmini üçün beynəlxalq cəmiyyətlə edilən danışıqlara da toxunan Salehi, müzakirələrin davam etdiyini, İranı ABŞ sanksiyalarına qarşı zəmanət altına alacaq ödəniş mexanizminin həyata keçiriləcəyi barədə nikbin olduğunu sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr