Gürcüstanda  prezident seçkilərinin ikinci turu keçirilir

İlk turu 28 oktyabrda  keçirilən   seçkilərin  ikinci   turu üçün, saat 08:00-da 3 703 seçki məntəqəsində səsvermə prosesinə başlanılıb.

1096222
Gürcüstanda  prezident seçkilərinin ikinci turu keçirilir

Məntəqələrin 55-i xarici ölkələrdə açılıb, 11-i isə istisna hallar üçün yaradılmış seçki məntəqələridir. Seçici ümumi sayı isǝ  3 milyon  528  min  658 nəfər    təşkil  edir.  Prezident seçkilərinin  ikinci   turunu 1300-dən çox beynəlxalq müşahidəçi izləyir. 

Seçkilərdə  Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparır. Oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunda S.Zurabişvili 38,64%, Qriqol . Vaşadze isə 37,74% səs toplayıb.



Әlaqәli Xәbәrlәr