İran Avropa İttifaqını ticarət mexanizmini sürətləndirməyə çağırdı

İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi Avropa İttifaqını ticarət mexanizmini sürətləndirməyə çağırdı.

1095206
İran Avropa İttifaqını ticarət mexanizmini sürətləndirməyə çağırdı
Ali Ekber Salihi-Miguel Arias Canete.jpg

İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi və Aİ-nin enerji və iqlim məsələləri üzrə komissarı Migel Arias Kanyete (Miguel Arias Canete) Aİ-İran arasında nüvə əməkdaşlığı məsələsi ilə bağlı Belçikanın paytaxtı Brüsseldə keçirilən yüksək səviyyəli görüşlər haqqında mətbuata açıqlamalar verdilər.
 
 İran nüvə müqaviləsinin uğursuz olmasının heç kimə fayda verməyəcəyinə diqqət çəkən Salehi: "Mövcud şərtlər altında mümkün ola biləcək yeganə müqavilə ehtimalı İran nüvə müqaviləsi idi. Bu, bütün tərəflərə fayda verən bir müqavilədir. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət və tərəflər bu müqaviləni saxlamaq üçün lazımi işləri görəcəklər" deyə danışdı.
 
 Salehi müqavilənin pozulması halında ciddi bir qarışıqlığın yarana biləcəyi haqqında xəbərdarlıq etdi.
 
 İranlı səlahiyyətli Amerika Birləşmiş Ştatlarnın İrana qarşı sanksiyalarını aradan qaldırmağı nəzərdə tutan ticarət mexanizmi ilə bağlı: "Avropa İttifaqı İranla neft ticarətində bank əməliyyatlarını yerinə yetirəcək bir mexanizm yaratmağa çalışır. Ümidvaram bu sözlər vaxt itirmədən əmələ çevrilər. Ümid edirəm ki, müddət bitmədən bir mexanizm qurular və müqavilə pozulmaz" dedi.
 
Aİ-nin enerji və iqlim məsələləri üzrə komissarı Migel Arias Kanyete də: "İran üzərinə düşən öhdəlikləri yerinə yetirdiyi təqdirdə Aİ nüvə müqaviləsinin davamını dəstəkləyəcək" dedi.
 
 İranın nüvə müqaviləsinin məqsədi istiqamətində fəaliyyət göstərdiyini və nüvə proqramının sülh məramını təmin etdiyini bildirən Kanyete Aİ-nin İranla əməkdaşlığı davam etdirməyə əhəmiyyət verdiyini qeyd etdi.
 
 Aİ komissarı İranla ticarət üçün qurulacaq mexanizmlə bağlı: "Bu mürəkkəb və bənzərsiz bir təşəbbüsdür" dedi.



Әlaqәli Xәbәrlәr