"ABŞ-a məxsus hərbi bazada terrorçulara təlim keçilir", M.Zaxarova

Rusiya Xarici İşlər Nazirliyi  sözçüsü Mariya Zaxarova Suriyanın Əl-Tanf bölgəsindəki ABŞ-a məxsus hərbi bazada terrorçulara təlim keçdiyini irəli sürdü.

1093149

Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova təşkil etdiyi mətbuat konfransında bildirib ki, şahidlərin bildirdiyinə görə, Suriyanın cənubunda yerləşən  Əl-Tanf bölgəsindəki ABŞ bazasında silahlı terrorçulara təlim keçilir. Bu bölgədə terror təşkilatı DEAŞ ilə mübarizə bəhanəsilə yanaşı İranı məhdud etmək üçün BMT-yə üzv dövlətin suveren torpaqlarında Suriyanın İraq və İordaniya sərhədlərində rəsmi Bağdad ilə rəsmi Dəməşqi bir-birinə irtibatlandıran marşrutun yaxınlığında strateji baxımdan əhəmiyyətli bir sahədə, saysız şahidə görə ABŞ hərbi bazasında silahlı terrorçulara təlim keçilir.

Zaxarova həmçinin Əl-Tanf yaşayış bölgəsi ətrafında ABŞ-ın qeyri-qanuni olaraq yaratdığı bölgədə, 10 minlərlə insanın yaşadığı Rukban düşərgəsinin Suriya sərhədindəki “ən faciəli” bölgələrdən biri olduğunu dilə gətirib.

Әlaqәli Xәbәrlәr