İran prezidentinin ABŞ sanksiyaları ilə bağlı növbəti açıqlaması

Həsən Ruhani ölkəsinin ABŞ-ın sanksiyalarına, iqtisadi təzyiqinə boyun əyməyəcəyini bildirib.

1090835
İran prezidentinin ABŞ sanksiyaları ilə bağlı növbəti açıqlaması

İran prezidenti Həsən Ruhani ABŞ-ın sanksiyaları ilə bağlı açıqlamalar verib.

Ruhani deyib: “İran ABŞ-ın sanksiyalarına, iqtisadi təzyiqinə boyun əyməyəcək. Yəməndən tutmuş Suriyaya qədər regionda ABŞ-ın Orta Şərq siyasəti iflasa uğradı. Tehran neft satmağa davam edəcəkdir. ABŞ bizim ixracatımızın da qarşısını ala bilmədi. ABŞ regiondakı uğursuzluqlarının səbəbini bizdə görür. İrana qarşı aparılan psixoloji müharibəyə qarşı duracağıq”.

Ruhani bunları Qərbi Azərbaycan əyalətinə bağlı Xoy şəhərinə səfəri zamanı etdiyi çıxışda deyib.

Ruhani ABŞ-ın “təzyiq və tiranlığı” qarşısında İran xalqının təslim olacağını zənn etdiyinə işarə edərək deyib ki, millətimiz 11 fevralda (İran inqilabının 40-cı ildönümü) ABŞ-a lazım olan cavabı verəcək.  Bütün düşmənlərimiz iqtisadi və sosial problemlərlə xalqımızı hədəflərindən yayındıra bilməyəcəklərini başa düşücək.  (Sanksiyaların tətbiq olunduğu) 4 noyabrı da İranı qarışdıraraq kədər gününə çevirmək istədilər, ancaq İran xalqı özünün mövqeyilə gücünü göstərdi.

ABŞ tarixində bir ilkin reallaşdığına diqqət çəkən Ruhani “Bütün dünya ABŞ-ın bir millət əleyhinə qəbul etdiyi qərar qarşısında dayandı. ABŞ bu qərarında yalnız qaldı. Bu vəziyyət İran xalqı, xarici siyasəti və hökuməti üçün qürur mənbəyidir” deyə qeyd edib.

ABŞ idarəsinin İran xalqının qardaş Türkiyə, İraq və Azərbaycan xalqları ilə olan əlaqəsini zəiflədə bilməyəcəyini bildirən Ruhani bu və digər ölkələrlə əlaqələrin gündən-günə daha da gücləndiyini dilə gətirib.



Әlaqәli Xәbәrlәr