İraq və İran başçıları görüşdü

İran prezidenti Həsən Ruhaninin də iştirak etdiyi görüşdə İraq prezidenti Berhem Saleh və ölkənin dini rəhbəri Xamneyi iki ölkə münasibətləri və regional məsələləri müzakirə edib.

1090035
İraq və İran başçıları görüşdü

  İraq prezidenti Berhem Saleh rəsmi görüşlərlə əlaqədar getdiyi İranın paytaxtı Tehranda ölkənin dini rəhbəri Əli Xamneyi ilə bir araya gəlib.

  İran mətbuatında çıxan xəbərlərə görə, İran prezidenti Həsən Ruhaninin də iştirak etdiyi görüşdə İraq prezidenti Berhem Saleh və ölkənin dini rəhbəri Xamneyi iki ölkə münasibətləri və regional məsələləri müzakirə edib.

  Ə.Xameneyi deyib: “İraqdakı problemləri həll etməyin və sui-qəsdlərin qarşısının alınmasının yolu milli birliyi qorumaqdan keçir.

  Həqiqi dost və düşməni yaxşı tanımalı, həyasız düşmənə qarşı mübarizə aparmalı, gənclərin gücünə güvənməliyik.

  İran hökuməti İraqla iş birliyini inkişaf etdirməkdə qərarlıdır.

  Güclü, müstəqil və dirçəlmiş İraq İran üçün də çox yaxşıdır. Biz hər zaman iraqlı qardaşlarımızın yanında olacağıq".  

  İraq prezidenti Berhem Saleh də öz növbəsində deyib:

  “İraqla İran xalqını birləşdirən amillər tarixi və köklüdür. İki ölkə xalqları arasında yaxşı münasibətləri dəyişmək mümkün deyil.

  Yeni dövrdə İraq infrastrukturunun yenidən inşası ölkə xalqına layiq xidmətlərin çatdırılması, islahatlar yolu və milli birliyin möhkəmləndirilməsindən ibarətdir.

  Bölgənin güclü dövləti etmək istədiyimiz İraqın bərpasında İranın yardımına böyü ümid bəsləyirik".



Әlaqәli Xәbәrlәr