ABŞ Suriyadakı son vəziyyətə dair açıqlamalar verdi

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri (James Jeffrey) Suriya Konstitusiya Komissiyasının ilin sonuna qədər yaradılmasına görə Rusiyanın məsuliyyət daşıdığını söylədi.

1088336
ABŞ Suriyadakı son vəziyyətə dair açıqlamalar verdi

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri (James Jeffrey) Dövlət Departamentində keçirilən mətbuat konfransında Suriyadakı son vəziyyətə dair açıqlamalar verdi.
 
 ABŞ-ın hədəfinin oktyabrın 27-də Türkiyənin ev sahibliyində Rusiya, Fransa və Almaniyanın da iştirak etdiyi İstanbuldakı Suriya mövzulu dördtərəfli zirvədə qəbul olunan qərara paralel olaraq, Suriyada ilin sonuna qədər konstitusiya komissiyasının yaradılması olduğunu deyən Cefri: "Suriyadakı Konstitusiya Komissiyasının ilin sonuna qədər qurulmasında əsas məsuliyyətin Rusiyanın daşıdığını düşünür və Rusiyanın bölgədəki təsirindən Dəməşq rejimini masaya oturtmaq üçün istifadə etməsinə ümid edirik" dedi.
 
 Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyində Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Angela Merkelin iştirakı ilə İstanbulda Suriya mövzusunda zirvə toplantısı keçirilmişdi.
 
Toplantıda Suriya münaqişəsindəki son irəliləyişlər, bu münaqişədən irəli gələn regional və qlobal təhlükəsizlik, sabitlik riski və təhdidləri ilə bağlı ortaq qayğılar,  2018-ci ilin sonuna qədər konstitusiya komissiyasının yaradılması məsələləri müzakirə olunmuşdu.



Әlaqәli Xәbәrlәr