Yəhudilərin Fələstinlilərə qarşı irqrçi hücumları davam edir

Yəhudilər işğal altındakı İordan çayının qərb sahilində bir fələstinliyə aid nəqliyyat vasitəsini yandırıb, bir evin divarına da irqçi şüarlar yazıb.

1087749
Yəhudilərin Fələstinlilərə qarşı irqrçi hücumları davam edir

Bu barədə hadisə şahidlərindən məlumat alınıb. Məlumata görə, bir qrup yəhudi Nablus şəhərinə bağlı Ufər kəndində bir avtomobili yandırıb, bir evin divarına da irqçi şüarlar yazıb. Yandırılan maşının kənddə yaşayan Məhəmməd Şuhədaya aid olduğu, hücumu törədənlərin kəndin yaxınlığında yerləşən yəhudi yaşayış məntəqəsindən gəldiyi qeyd edilib. İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə məxsus mülkləri hədəfə alan hücumlarla gündəmə gələn "Əvəz Ödətmə" adlı radikal yəhudi təşkilatı İsraildəki Fələstin kənd və şəhərlərində də oxşar hücumlar həyata keçirir. Qeyd edək ki, İsrailin 1967-ci ildəki müharibədən sonra işğal etdiyi İordan çayının qərb sahilində təxminən 250 qanunsuz yəhudi yaşayış məntəqəsi yerləşir. Bu yaşayış məntəqələrində 500 minə yaxın yəhudi yaşayır. Beynəlxalq hüquqa əsasən, işğal olunmuş ərazilərdəki bütün yəhudi yaşayış məntəqələri qeyri-qanuni qəbul edilir.  



Әlaqәli Xәbәrlәr