İraqda silahlı hücum, ölәn var

İraq ordusunun rәsmisi Camal әl-Halbusi namәlum şәxslәrin gecә saatlarında  Haşdi Şabi nümayәndәsinin evinә silahlı hücum tәşkil etdiyini bildirib.

1087109
İraqda silahlı hücum, ölәn var

İraqın qәrbindә yerlәşәn Enbar şәhәrinin Ramadi bölgәsindә bir evә tәşkil edilәn silahlı hücum nәticәsindә aralarında Haşdi Şabi nümayәndәsinin dә olduğu 9 nәfәr hәlak olub.

İraq ordusunun rәsmisi Camal әl-Halbusi namәlum şәxslәrin gecә saatlarında  Haşdi Şabi nümayәndәsinin evinә silahlı hücum tәşkil etdiyini bildirib.

Camal әl-Halbusi  hücum nәticәsindә üç nәfәrin dә xәsarәt aldığını bildirib.

İraq ordusunun rәsmisi Camal әl-Halbusi hücumu törәdәnlәrin terror tәşkilatı DEAŞ  üzvü olduqlarını söylәyib.

Qeyd edәk ki, İraqın hәrbi rәsmilәri  2017-ci ilin dekabr ayında yaydığı bəyanat ilə DEAŞ-ı mәğlub etdiklәrini elan etmişdilәr.

Ancaq xüsusilə şəhərin səhra bölglərilə İraq-Suriya sərhəd zolağı üzərində yerləşməkdə davam edən terror təşkilatı DEAŞ arabir təhlükəsizlik qüvvələri və mülki vətəndaşlara qarşı hücumlar həyata keçirir.



Әlaqәli Xәbәrlәr