Türkiyəyə sığınan suriyalılar azad edilən bölgələrə qayıdır

Qadın və uşaqların da aralarında yer aldığı Türkiyənin müxtəlif şəhərlərində yaşayan 200-ə yaxın suriyalı mikroavtobuslarla ölkələrinə göndərildi.

1086419
Türkiyəyə sığınan suriyalılar azad edilən bölgələrə qayıdır

Türkiyəyə sığınan suriyalılardan bəziləri terror təşkilatlarından azad edilən bölgələrə qayıdır.

Ölkələrindəki vətəndaş müharibəsindən qaçaraq Türkiyəyə sığınan suriyalılardan bəziləri Kilis şəhərindəki Öncüpınar sərhəd keçid məntəqəsindən “Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyatları ilə terror təşkilatları YPG/PKK və DEAŞ-dan azad edilən bölgələrə qayıdır.

Qadın və uşaqların da aralarında yer aldığı Türkiyənin müxtəlif şəhərlərində yaşayan 200-ə yaxın suriyalı “Könüllü Geri Qayıtma Proqramı” çərçivəsində Öncüpınar sərhəd keçid məntəqəsindən mikroavtobuslarla ölkələrinə göndərildi.

Həmin proqram çərçivəsində yanvar-oktyabr dövründə 14 minə yaxın suriyalı ölkəsinə qayıtdı.



Әlaqәli Xәbәrlәr