Suriyada Bəşər Əsəd rejimi İdlibin cənubunakı yaşayış məntəqələrinə hücumlarını davam etdirir

Suriyada Bəşər Əsəd rejimi və ona dəstək olan xarici terrorçu qruplar Soçi razılaşmasına baxmayaraq İdlibin cənubunakı yaşayış məntəqələrinə hücumlarını davam etdirir.

1086049

Əsəd rejimi və ona dəstək olan xarici terrorçu qruplar dünən gecə gec saatlarda İdlibin cənubundakı Cercenaz bölgəsi, Tüh, Sukeyk və Temeniya ilə Həmanın şimalındakı Latamne qəsəbəsi və Morik bölgəsindəki mülki yaşayış yərlərinə top atəşi açıb.

Hücumlarda ölən yaxud yaralanan olub olmadığı barədə hələ də məlumat yoxdur.

Qeyd edək ki, Türkiyə və Rusiya arasında sentyabrın 17-də imzalanan Soçi razılaşmasından bəridir rejimin hücumlarında cəmi 25 mülki vətəndaş həyatını itirdi, onlarla sivil yaralandı.

Rejim qüvvələrinin hücumları davam edərkən, hərbi müxalifət isə, razılaşmaya görə müəyyən edilən bölgələrdən 10 oktyabrda ağır silahlarını çıxarıb.

Әlaqәli Xәbәrlәr