İraqda 14 DEAŞ terrorçusu da mәhv edilib

İraqın Mosul şәhәrindә terror tәşkilatı DEAŞ hәdәflәrinә tәşkil edilәn hava әmәliyyatları nәticәsindә 14 terrorçu mәhv edilib.

1085637
İraqda 14 DEAŞ terrorçusu da mәhv edilib

İraqın Mosul şәhәrindә terror tәşkilatı DEAŞ hәdәflәrinә tәşkil edilәn hava әmәliyyatları nәticәsindә 14 terrorçu mәhv edilib.

İraq Birgә Әmәliyyatlar Komandanlığının mәtbuat katibi  Yahya Rәsul Amerika Birlәşmiş Ştatlarının rәhbәrliyindәki koalisiya qüvvәlәrinә mәxsus hәrbi tәyyarәlәrin terror tәşkilatı DEAŞ-ın  Mosulun qәrbindә yerlәşәn Adşana dağlarındakı hәdәflәrini vurduğunu söylәyib.

Yahya Rәsul hәdәflәrin Türkmәnlәrin sıx olaraq yaşadıqları  Telafәr rayonu yaxınlığında yerlәşdiyini qeyd edәrәk hücumda 14 terrorçunun öldürüldüyünü bildirib.

Hücumdan sonra İraq tәhlükәsizlik qüvvәlәrinin vurulan bazalara daxil olduğunu qeyd edәn Rәsul üç bazanın tamamilә mәhv edildiyini vurğulayıb.

İraqın hәrbi rәsmilәri  2017-ci ilin dekabr ayında yaydığı bəyanat ilə DEAŞ-ı mәğlub etdiklәrini elan etmişdilәr.

Ancaq xüsusilə şəhərin səhra bölglərilə İraq-Suriya sərhəd zolağı üzərində yerləşməkdə davam edən terror təşkilatı DEAŞ arabir təhlükəsizlik qüvvələri və mülki vətəndaşlara qarşı hücumlar həyata keçirir.



Әlaqәli Xәbәrlәr