Cavad Zərif: "İran və Yəmənə qarşı törədilən insanlıq cinayətinə görə ABŞ cavabdehdir"

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ dövlət katibi Mayk Pompeonun (Mike Pompeo) Yəmən və İranla əlaqədar verdiyi açıqlamalara reaksiya göstərdi.

1084431
Cavad Zərif: "İran və Yəmənə qarşı törədilən insanlıq cinayətinə görə ABŞ cavabdehdir"

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ dövlət katibi Mayk Pompeonun (Mike Pompeo) Yəmən və İranla əlaqədar verdiyi açıqlamalara reaksiya göstərdi. 
 
 Zərif  Pompeonun iranlıların ərzaq və dərman üçün lazım olan maliyyə xidmətlərinin qarşısını alan qeyri-qanuni ABŞ sanksiyalarına görə məsuliyyəti İranın boynuna qoyduğunu dilə gətirdi.
 
 ABŞ-ın sanksiyalarına rəğmən İran xalqını qida, dərman və digər həyati ləvazimətlərlə təmin edəcəklərini dilə gətirən Zərif: "İran və Yəmənə qarşı törədilən insanlıq cinayətinə görə ABŞ cavabdehdir"deyə sosial media hesabında yazdı.
 
 Zərif Yəməndəki hadisələrlə əlaqədar olaraq isə Pompeoya xitabən bunları yazdı: " Üzləşdikləri qıtlığın məsuliyyəti yəmənlilərin öz boyunlarındadır. Çünki yəmənlilər məktəblilərlə dolu olan maşınları bombalamaq üçün milyardlarla dollar xərcləyən  havadarı olduğunuz qəssaba (Səudiyyə Ərəbistanına) müqavimət göstərmədən onları məhv etmələrinə icazə verməli idilər. Sizdə utanma hissi yoxdur?"
 
Qeyd edək ki,  ABŞ dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının Yəmənə milyonlarla dollar humanitar yardım etdiyini açıqlamışdı.
 
 ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayn Hook (Brian Hook) isə sanksiyaların hədəfinin İran xalqı deyil, rejimi olduğunu və bu səbəbdən dərman, səhiyyə və qida sektoruna sanksiya tətbiq etmədiklərini söyləmişdi.



Әlaqәli Xәbәrlәr