Laricani ABŞ-ın hədəfinə çata bilmədiyini bildirdi

İran Məclisinin sədri Əli Laricani ABŞ-ın ölkəsində “ daxili iğtişaş törətmə” və “ neft satışını sıfırlama” hədəflərinə çata bilmədiyini bildirdi.

1083423
Laricani ABŞ-ın hədəfinə çata bilmədiyini bildirdi

İran Məclisinin sədri Əli Laricani ABŞ-ın ölkəsində “ daxili iğtişaş törətmə” və “ neft satışını sıfırlama” hədəflərinə çata bilmədiyini bildirdi.

İran Məclis xəbər agentliyinin (İCANA) məlumatına görə, paytaxt Tehranda ölkənin qərb əyalətlərindən Kirmanşah, Həmədan, Loristan, İylam və Xuzistan valilərini qəbulu zamanı ABŞ-ı hədəf götürərək deyib ki, ABŞ İrana şiddətli bir təzyiq tətbiq etmə və nəticəsində  ölkədə üsyan qaldırılmasını istəyirdi. Lakin indiyədək bunu bacara bilmədi. Təzyiq etdikləri düzdür, amma “neft ixracını sıfırlama” şüarlarını belə həyata keçirə bilmədilər.

İran Məclisinin sədri ABŞ-ın təzyiqlərindən xilas olmağın, daxili dinamikalardan istifadə edib xüsusi sektorun qarşısındakı maneələri götürməklə mümkün ola biləcəyini qeyd edib.



Әlaqәli Xәbәrlәr