Qəzza zolağına yardım kampaniyasında 4 milyon dollar toplandı

Qəzza zolağına dəstək məqsədli başladılan yardım kampaniyası çərçivəsində 14,5 milyon Qətər Riyalı (təxminən 4 milyon dollar) toplandı.

1081567
Qəzza zolağına yardım kampaniyasında 4 milyon dollar toplandı

Bu barədə Qətər xeyriyyə təşkilatı məlumat yayıb. Bildirilib ki, “Yaşamaq Qəzza Xalqının da haqqıdır” şuarı ilə 7 oktyabrda başladılan və cümə günü sona çatan kampaniya çərçivəsində 4 milyon dollar toplandı. Yardımla bölgədəki su təchizatı və sosial rifah sahələrində həyata keçirilən bəzi layihələrin maliyələşdirilməsi məqsəd götürülüb. Bu layihələrin həyata keçirilməsi üçün lazımlı addımlar dərhal atılacaq.

 



Әlaqәli Xәbәrlәr