Əfqanıstanda terror aktı törədilib, çox sayda polis ölüb

Əfqanıstanın Qəzni əyalətində nəzarət mərkəzinə təşkil edilən hücum nəticəsində çox sayda əsgər və polis həyatını itirib.

1081799
Əfqanıstanda terror aktı törədilib, çox sayda polis ölüb

Bu barədə Əfqanıstanlı rəsmi Arif Noori məlumat yayıb. Bildirib ki, Xoqyani bölgəsində polis və hərbçilərin ortaq vəzifə icra etdikləri məntəqəyə hücum təşkil edilib. Hadisədə 7 əsgər və 6 polis əməkdaşı həyatını itirib. Hücum nəticəsində polis ilə silahlılar arasında baş verən və üç saat davam edən qarşıdurmada 4 nəfər də yaralanıb. Hücuma görə məsuliyyəti Taliban təşkilatı üzərinə götürüb.

 



Әlaqәli Xәbәrlәr