Bağdadda törәdilәn ardıcıl partlayışlar 8 nәfәrin hәyatına son qoyub
Yerli polis rәsmisi Hatem әl-Cabiri partlayışların altı fәrqli bölgәdә törәdildiyini söylәyib.

İraqın paytaxtı Bağdadın müxtәlif bölgәlәrindә törәdilәn partlayışlar nәticәsindә 8 nәfәr hәlak olub, 16 nәfәr dә xәsarәt alıb.
Yerli polis rәsmisi Hatem әl-Cabiri partlayışların altı fәrqli bölgәdә törәdildiyini söylәyib.
Hatem әl-Cabiri Aden meydanı ilә Şule sәmtindә törәdilәn ardıcıl partlayışlar nәticәsindә üç nәfәrin öldüyünü, altı nәfәrin dә yaralandığını qeyd edib.
Bağdadın şәrqindәki Sadr, Meştel vә Habibiyә sәmtlәrindә dә terror aktlarının törәdildiyini vurğulayan polis rәsmisi Habibiyә sәmtindә partlayışın minalanmış avtomobil ilә hәyata keçirildiyini söylәyib. Hatem әl-Cabiri hәmin bölgәlәrdә törәdilәn partlayışlar nәticәsindә beş nәfәrin hәlak olduğunu, yeddi nәfәrin dә yaralandığını deyib.
Cabiri hәmçinin paytaxtın cәnubundakı Turas sәmtindә yerlәşәn ticarәt mәrkәzinin yaxınlığında törәdilәn partlayışda üç nәfәrin yaralandığını bildirib.
Qeyd edәk ki, terror aktlarına görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb. Cabiri terror aktlarının terror tәşkilatı DEAŞ tәrәfindәn törәdildiyinә işarә edib.
Xatırladaq ki, Bağdad rәhbәrliyi 2017-ci ilin dekabr ayında ölkәnin bütün torpaqlarının terror tәşkilatı DEAŞ-dan azad edildiyini açıqlasa da, DEAŞ vaxtaşırı ölkәnin müxtәlif bölgәlәrindә terror aktları törәtmәyә davam edir.
Әlaqәli Xәbәrlәr

Birlәşmiş Millәtlәr Tәşkilatı İdlibә humanitar yardım göndәrib
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriyanın İdlib şəhərinə 86 yük maşını ilə humanitar yardım göndərdi.