Mahmud Abbas ilə Əbdülfəttah əs-Sisi Fələstin məsələsini müzakirə edəcəklər

Fələstinin dövlət başçısı Mahmud Abbas ilə Misir prezidenti Əbdülfəttah əs-Sisi Misirin Şarm eş-Şeyx şəhərində keçiriləcək "Ümumdünya Gənclər Forumu" çərçivəaində Fələstin məsələsini müzakirə etmək üçün görüşəcəklər.

1080125
Mahmud Abbas ilə Əbdülfəttah əs-Sisi Fələstin məsələsini müzakirə edəcəklər

 Fələstinin Qahirədəki səfiri və Ərəb Birliyinin daimi nümayəndəsi Diyab əl-Levh dövlət başçısı Abbasın günortadan sonra yüksək səviyyəli bir heyətlə Misirə gedəcəyini bildirdi.
 
 Levh Abbas və Sisi arasında Fələstin məsələsindəki son proseslərin və ortaq əhəmiyyətli məsələlərin müzakirə olunacağı bir görüşün planlaşdırıldığını qeyd etdi.
 
 Bu arada, adının açıqlanmasını istəməyən fələstinli bir mənbə Misir kəşfiyyatının İsrail ilə Həmas arasındakı atəşkəs danışıqlarında əhəmiyyətli irəliləyiş təmin etdiyini bildirdi.
 
Abbasın Həmasın Qəzza zolağının idarəsini təhvil vermədən və fələstinli qruplar arasında razılıq əldə olunmadan İsrail ilə keçiriləcək atəşkəsi rədd etdiyini və bu vəziyyətin atəşkəsin tamamlanmasına maneçilik törətdiyini ifadə edən fələstinli mənbə Misirdəki görüşdə Sisinin Abbası Həmas ilə barışıq danışıqlarına yenidən başlaması və atəşkəsin qəbul edilməsi istiqamətində yola gətirməyə çalışacağını qeyd etdi.
 
 Misir prezidenti 3-6 noyabr tarixlərində Şarm eş-Şeyxdə keçiriləcək "Ümumdünya Gənclər Forumu"na qatılması üçün fələstinli həmkarı Mahmud Abbasa dəvətnamə göndərmişdi.
 
 Abbas və Sisi son dəfə sentyabr ayında Amerika Birləşmiş Ştatlarının  Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 73-cü sessiyası çərçivəsində görüşmüşdülər.
 
 Fələstinin dövlət başçısı oktyabrın 2-də Omana səfər etmiş, Sultan Kabus bin Səidlə bir araya gəlmişdi.

Görüşdə Fələstin məsələsinə dair son irəliləyişlər və ABŞ-ın Qüdsü "İsrailin paytaxtı" olaraq tanıması məsələləri ətrafında fikir mübadiləs aparılmışdı.



Әlaqәli Xәbәrlәr