İraqda 19 DEAŞ terrorçusu məhv edildi

İraqda Mosulun Mahmur rayonunda terror təşkilatı DEAŞ-ın dağlıq ərazidə gizlənən19 üzvü məhv edildi.

1080388
İraqda 19 DEAŞ terrorçusu məhv edildi

İraqda Mosulun Mahmur rayonunda terror təşkilatı DEAŞ-ın dağlıq ərazidə gizlənən19 üzvü məhv edildi.
 
 İraq Federal Polisinin mayoru Şakir Cövdət bu barədə yazılı açıqlama verərək, Mosulun Mahmur rayonunun cənub-şərq bölgəsində hava dəstəkli əməliyyatda DEAŞ-a aid çox sayda silah-sursatın da ələ keçirildiyini bildirdi.
 
Yerli mediaya müsahibə verən təhlükəsizlik orqanı əməkdaşı Havkar el-Caf  500  DEAŞ terrorçusunun Mosul-Kərkük və Ərbil arasındakı düzənlik bölgədə davamlı hərəkət vəziyyətində olduqlarını iddia etdi.
 
 Caf terrorçuların xüsusilə də Mosulun Mahmur, Güvər, Nəmrud bölgələrindən Kərkükün Havicə rayonu və cənubundakı ərazilərə doğru bir keçid dəhlizi yaratdığını qeyd etdi.
 
 İraq Daxili İşlər Nazirliyi də dünən yaydığı məlumatda Mosulda 6 DEAŞ terrorçusunun yaxalandığını bildirmişdi.
 
 İraqın sabiq baş naziri Heydər əl İbadi 2017-ci ilin dekabrında Mosulun 3 il fasilədən sonra terror təşkilatı DEAŞ-dan tamamilə geri alındığını bildirmişdi.
 
Lakin terror təşkilatı  vilayətin düzənlik bölgələri və İraq-Suriya sərhəd zolağında yuva qurmağa davam edərək, zaman- zaman təhlükəsizlik qüvvələrinə və mülki vətəndaşlara qarşı hücumlar həyata keçirir.


Etiketlәr: #İraq , #DEAŞ , #terrorçular

Әlaqәli Xәbәrlәr