İrandan Avropa İttifaqına çağırış

İran prezidenti Həsən Ruhani Avropa İttifaqı ölkələrinə çağırış edib ki, Amerika Birləşmiş Ştatlarının təktərəfli siyasətinə qarşı mübarizədə Tehrana dəstək versinlər.

1080110
İrandan Avropa İttifaqına çağırış

Prezident Həsən Ruhani bu çağırışını İngilis The Financial Times qəzetinə yazdığı məqalədə səsləndirib.

Vaşinqton rəhbərliyinin izlədiyi siyasətin beynəlxalq sabitliyə zərbə endirdiyinə diqqəti çəkən prazident Ruhani: “ ABŞ prezidenti D. Trampın müttəfiqlərinə qarşı təhqir edici rəftarı, dünya sabitliyinin qorunmasını təhlükəyə salır. ABŞ beynəlxalq əlaqələrdə yeni problemlər yaradır. DEAŞ-a dəstək verir. Bu addımlar bölgədə problemlərin daha da ciddi  hal  almasına və artmasına gətirib çıxaracaq. Avropa İttifaqı ölkələri, bu reallıqları nəzərə alaraq Tehran rəhbərliyi ilə əməkdaşlıq etməlidilər. İran ilə Avropa İttifaqı əməkdaşlığının uzun müddətdə hər iki tərəfə də töhfəsinin olacağına inanıram. Bu əməkdaşlıq eyni vaxtda dünyada sülh və sabitliyin də zəmanəti olacaq. Rusiya, Çin və Aİ-nın nüvə müqaviləsini müdafiə etmələri əlbətdə ki əhəmiyyət daşıyır. Ancaq əsas olan, ABŞ-nın təktərəfli yeni sanksiyalarının tətbiqi başlamazdan, həll yoluna dair qərar qəbul etmək və bunu dərhal həyata keçirməkdir. İqtisadi böhran başda olmaqla sosial problemlər, qaçqın böhranı, ksenofobiya, terror və  irqçilik kimi bir sıra problemlərə qarşı mübarizədə fəal şəkildə iştirak edən Avropa İttifaqı ABŞ-nın İran ilə əlaqəli təktərifli addımlarına da biganə qalmamalıdır. İran çox tərəfli əkəmdaşlığa inanır və sülh tələb edən ölkələr ilə eyni yolda addımlamaq istəyir. Aİ-nin ənənəvi plüralist yanaşması bölgədə sülh və sabitliyin möhkəmləndirilməsində təsir edəcək potensiala malikdir” –deyə İran prezidenti Həsən Ruhani vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr