BMT-dən Səudiyyə Ərəbistanına çağırış

Birləşmiş Millətlər Təşkilatına   (BMT)   görə  jurnalist Camal Xaşoqçi cinayətiylə bağlı istintaqda beynəlxalq müstəqil ekspertlər də iştirak etməlidilər.

1078545
BMT-dən Səudiyyə Ərəbistanına çağırış

Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Michelle Bachelet bəyanat verib. O qeyd edib ki: “Səudiyyə rəhbərliyi Xaşoqçinin cəsədinin harda olduğunu açıqlamalıdılar. Cinayət müstəqil və qərəzsiz araşdırılaraq aydınlaşdırılmalı, cinayətkarlar ədalətə təhvil verilməlidir. Beynəlxalq ekspertlər istitaq prosesinə daxil edilməlidilər. Türkiyə və Səudiyyə səlahiyyətlilərinin cinayəti törədənlərin müəyyənləşdirilməsi və istintaq istiqamətində atdıqları addımları yüksək qiymətləndirirəm”-deyə Michelle Bachelet vurğulayıb.

Qeyd edək ki, Jirnalist  Xaşoqçi  2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğunada daha əvvəldən hazırlanmış plan çərçivəsində öldürülmüşdü.



Әlaqәli Xәbәrlәr