İran ilk dəfə neftini birja üzərindən satışa təqdim etdi

İran Neft Nazirliyinin rəsmi saytından verilən məlumata görə...

1077215
İran ilk dəfə neftini birja üzərindən satışa təqdim etdi

  İran Neft Nazirliyi ölkənin neft satışını hədəfə alan Amerika Birləşmiş Ştatlarının (ABŞ) 5 noyabrda həyata keçirəcək ikinci sanksiya paketinə 1 həftə qala ilk dəfə neftini Tehran Enerji Birjası üzərindən satışa təqdim etdi.

  Nazirliyin rəsmi saytından verilən məlumata görə, Tehran Enerji Birjasında satışa təqdim olunan neft üçün alma sifarişləri 35 min barreldən daha az və 100 min barreldən çox olmayacaq.

  Almaq üçün ediləcək müraciətlərdən əvvəl ümumi məbləğin 10 faizi nağd verilməsi şərtilə, çən (barel) başına ən aşağı qiymət 79 dollar 15 cent, ən yüksək qiymət isə neft bazarındakı dalğalanmağa görə müəyyən ediləcək.

  Satışın şəkli 20 faiz nağd olaraq ölkənin yerli pul vahidi rial, 80 faizi isə kredit olaraq valyuta kursu ilə olacaq.

  İran bu addımla məqsədi ABŞ-ın ikinci sanksiya paketindən əvvəl neftini ölkə içində dəyərli hala gətirmək və nağd pul axınını təmin etməkdir.



Әlaqәli Xәbәrlәr