İsrail Qəzzaya hava hücumu təşkil etdi

İsrail dünən axşam saatlarında mühasirə altındakı Qəzza zolağından sərhədin İsrail tərəfinə raket atıldığını əsas göstərərək Qəzzanın bəzi məntəqələrinə hava hücumu etdi.

1076563
İsrail Qəzzaya hava hücumu təşkil etdi

 İsrail ordusundan verilən yazılı açıqlamada İsrail döyüş təyyarələri və helikopterlərinin Qəzzanın müxtəlif bölgələrində Həmasa aid bəzi hədəflərə 2,5 saatdır hava hücumları etdiyi bildirildi.

 Açıqlamada bu hücumların Qəzzadan atılan raketlərə cavab tədbirləri olaraq görüldüyü ifadə edildi.
 
 Bundan başqa açıqlamada dünən axşam saatlarından etibarən Qəzzadan İsrail tərəfinə 14 raketin atıldığı və bunlardan 8-nin orduya aid "Dəmir Qübbə" adlı hava müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi qeyd edilir.
 
 Qəzzadəki Fələstin mənbələri isə İsrailin bombardmanında bu ana qədər itki barədə məlumatın verilmədiyini bildirdilər.
 
 Atılan raketlərə dair Qəzzadakı fələstinli qruplardan hələlik hər hansı bir açıqlama yoxdur.



Әlaqәli Xәbәrlәr