Tiflis və Marneulidə "qanun oğruları"nın buyruq qulları tutuldu

Tiflisdə və Marneulidə "oğrular dünyası"nın üzvləri saxlanılıb.

1076289
Tiflis və Marneulidə "qanun oğruları"nın buyruq qulları tutuldu

  Gürcüstan Daxili İşlər Nazirliyi Mərkəzi Kriminal Polis Bölməsinin baş prokurorluğun əməkdaşları ilə birgə Tbilisi və Marneuli (Borçalı) rayonlarında təşkil etdiyi əməliyyat nəticəsində hakimin qərarı ilə 5 nəfər həbs edilib.

  “Oğru dünyası”nın üzvü olan bu adamlar “qanun oğruları”nın sifarişlərini yerinə yetirməkdə ittiham olunur və onları 7-10 il arası “azadlıqdan məhrumetmə cəzası” gözləyir.

  Saxlanılanlar 1960, 1976, 1977, 1982 və 1985-ci il təvəllüdlü adamlardır. İstintaq müəyyən edib ki, ittiham olunanlar "oğru dünyası" tərəfindən müəyyən edilmiş qaydalarla hərəkət edib, xaricdə olan "qanun oğruları" Ceyran Kintsuraşvili və İrakli Daneliya ilə əlaqələri olub.  



Әlaqәli Xәbәrlәr