"Səudiyyə Xaşoqci cinayətini ört-basdır etmək üçün İranın üstünə düşür", C.M.Zərif

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, Amerika Birləşmiş Ştatları İrana qarşı yeni sanksiyalarla Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoqci cinayətini dünya ictimaiyyətinin diqqətindən yayındırmaq istəyir.

1075438

  “Twitter” hesabından ABŞ ilə mərkəzi Səudiyyə Ərəbistanında yerləşən Terror Maliyyələşdirməsini Hədəfəalma Mərkəzinin (FTFC) Talibana dəstək verdikləri iddiası İran və təşkilatla əlaqəli 9 nəfərin terror siyahısına daxil etməsinə reaksiya göstərən C.Zərif yazıb:

  “ABŞ sözügedən sanksiyalarla diqqətləri Xaşoqci cinayətindən başqa səmtə çəkməyə çalışır. Səudiyyə Ərəbistanında olduğu zaman İstanbul və Yəməndə törədilən Səudiyyə vəhşiliyini ört-basdır etmək üçün İrana qarşı Talibanı dəstəklədi, İrana sanksiya gətirdi. Göründüyü kimi, Talibanla Tehran deyil, Vaşinqton müzakirələr aparır.”

  Qeyd edək ki, ABŞ Xəzinə naziri Stiven Mnuçin 23 oktyabrda Səudiyyə Ərəbistanının paytaxtı Riyada etdiyi səfər zamanı verdiyi açıqlamada ABŞ və Səudiyyə Ərəbistanının həmsədri olduğu "Terror Maliyyələşdirməsini Hədəfəalma Mərkəzinin (TFTC) Taliban və İranla əlaqəli 9 nəfəri terror siyahısına daxil edildiyini bildirdi. Bunların ikisi İran İnqilab Mühafizəçiləri Ordusu və Qüds Qüvvəsindən, ikisi Pakistan və beşi Əfqanıstandandır.

  Həmin gün Səudiyyə Ərəbistanı ilə Bəhreyn İnqilab Mühafizəçiləri Ordusu və Qüds Qüvvəsi komandanı Qasım Süleymaninin də adının daxil olduğu 3 nəfəri terror siyahısına salıb.

Әlaqәli Xәbәrlәr