ABŞ-ın rәhbәrliyindәki koalisiya qüvvәlәri Deyrizora zәrbәlәr endirib

Deyrizordakı yerli mәnbәlәrin mәlumatına görә, dünәn axşam saatlarında koalisiya qüvvәlәrinә mәxsus qırıcılar Zeviyye mәscidinә zәrbәlәr endirib.

1075362
ABŞ-ın rәhbәrliyindәki koalisiya qüvvәlәri Deyrizora zәrbәlәr endirib

Amerika Birlәşmiş Ştatlarının rәhbәrliyindәki beynәlxalq koalisiya qüvvәlәri Suriyanın Deyrizor qәsәbәsindәki mәscidә zәrbәlәr endirib. Hücum nәticәsindә 7 dinc sakinin hәlak olduğu bildirilib.

Deyrizordakı yerli mәnbәlәrin mәlumatına görә, dünәn axşam saatlarında koalisiya qüvvәlәrinә mәxsus qırıcılar Zeviyye mәscidinә zәrbәlәr endirib.

ABŞ-ın rәhbәrliyindәki  DEAŞ əleyhinə koalisiya qüvvәlәrinә mәxsus qırıcılar oktyabrın 18-dә Deyrizorun Süse qәsәbәsindәki Amar bin Yaser mәscidinә zәrbәlәr endirmişdi. Hücum nәticәsindә ikisi üşaq olmaqla 30 dinc sakin hәlak olmuşdu.

Mәlumata görә, koalisiya qüvvәlәrinin oktyabrın 19-da Süse qәsәbәsindәki Osman bin Affan mәscidinә endirdiyi zәrbәlәr nәticәsindә 16 nәfәr hәlak olmuşdu.

Koalisiya qüvvәlәrinin son bir hәftә әrzindә endirdiyi zәrbәlәr nәticәsindә 52 dinc sakin hәyatını itirib.

Koalisiya qüvvәlәrinin hәmçinin DEAŞ vә YPG/PKK-nın toqquşduğu Heccin bölgәsinә oktyabrın 21-dә endirdiyi zәrbәlәr nәticәsindә 6 nәfәrin hәlak olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr