Rusiya ABŞ-ın bəyanatını qınadı

Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ölkənin TASS xəbər agentliyinə verdiyi məlumatda bildirib

1072675
Rusiya ABŞ-ın bəyanatını qınadı

  Rusiya Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın ABŞ-ın “Orta mənzilli nüvə qüvvələr müqaviləsi”ndən geri çəkəcəyi bəyanatını qınayıb.  

  Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ölkənin TASS xəbər agentliyinə verdiyi məlumatda bildirib:

  “Trampın açıqlaması ilə bağlı vəziyyəti qiymətləndirmək üçün əslində zamana ehtiyac var. Belə "partlayışlar"a hisslərlə qərar verməmək lazımdır. Strateji sabitliyin, beynəlxalq təhlükəsizlik və nüvə silahları sahəsində təhlükəsizliyin qorunmasını bəhanə edərək Rusiyanı şantaj üsulları ilə güzəştə getməyə məcbur edən cəhdləri pisləyirik.

  Bu, çox təhlükəli addımdır.”

  S.Ryabkov, eyni zamanda, Moskvaya rəsmi səfərə gedən (21 oktyabr) ABŞ Milli Təhlükəsizlik müşaviri Con Boltondan bu barədə konkret məlumatlar eşitməyə ümid etdiklərini söyləyib.

http://www.trt.net.tr/azerbaycan/dunya/2018/10/21/tramp-rusiya-il-nuv-silahlari-muqavil-sind-n-d-geri-c-kildi-1072537



Әlaqәli Xәbәrlәr