Ruhani 4 nazirlik üçün 4 adı parlamentə göndərdi

İran prezidenti Həsən Ruhani istefa və işdən çıxarılmalarla əlaqədar 4 nazirlik üçün müəyyənləşdirdiyi yeni adları parlamentə səsverməyə göndərib.

1072658
Ruhani 4 nazirlik üçün 4 adı parlamentə göndərdi

   H.Ruhani nazir olaraq İqtisadiyyat və Maliyyə Nazirliyinə Fərhad Dejpəsənd, Əmək Nazirliyinə Məhəmməd Şəriətmədari, Nəqliyyat və Şəhərsalma Nazirliyinə Məhəmməd İslami, Sənaye Mədən və Ticarət Nazirliyinə isə Rza Rəhmaninin adlarını təyin edib.

  Xatırladaq ki, Nəqliyyat və Şəhərsalma naziri Abbas Axundi 1 sentyabrda, Sənaye Mədən və Ticarət naziri Məhəmməd Şəriətmədari 23 sentyabrda Ruhaniyə istefa ərizələrini verib. Ruhaninin kabinetində yer alan Əmək naziri Əli Rəbi 8 avqust, İqtisadiyyat və Maliyyə naziri Məsud Kerbasiyan da 26 avqustda məclisdə keçirilən səsvermə ilə vəzifələrindən uzaqlaşdırılıb.



Әlaqәli Xәbәrlәr