"Heç kim Hürmüzganda quraqlığın bu səviyyəyə çıxacağını təsəvvür edə bilməzdi", H.Mollayi

İranın cənubunda Fars körfəzi sahilində yerləşən Hürmüzgan əyaləti ölkənin ən isti bölgələrindən biridir.

1069238
"Heç kim Hürmüzganda quraqlığın bu səviyyəyə çıxacağını təsəvvür edə bilməzdi", H.Mollayi

  İranın Hürmüzgan Əyaləti Regional Su Paylama İdarəsinin baş direktoru Hoşeng Mollayi adı keçən bölgədə quraqlığın 100 faiz artdığını açıqlayıb.

  İran rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Bəndər Abbas şəhərində təşkil edilən mətbuat konfransında H.Mollayi deyib:

  “Heç kim Hürmüzganda quraqlığın 100 faiz səviyyəsinə çıxacağını təsəvvür edə bilməzdi. Ötən il son 50 ilin ən quraq dövrü oldu, Minab, Şəmil və Neyan su anbarlarında su tükəndi və son iki bənddə su dibinə qədər aşağı endi. Bölgədəki fermerlər çox su istəyən qarpız və qarşıdalı kimi məhsulları 50 faiz azaldaraq susuzluğun qarşısını almağa çalışdı. Hal-hazırda Sedic, Şərifi, Merek, Zerani, Camaş, Dehşeyh, Beraftab, Kemeş, Mihran, və Qal çayları üzərində 10 su anbarının tikilməsi nəzərdə tutulur. Onu da qeyd edim ki, bölgədə 496 su quyusu məhkəmə qərarı ilə bağlanıb və 4301 icazəsiz quyu çalışması aparıldığı müəyyənləşib.”

  Xatırladaq ki, İranın cənubunda Fars körfəzi sahilində yerləşən Hürmüzgan əyaləti ölkənin ən isti bölgələrindən biridir.



Әlaqәli Xәbәrlәr