Əfqanıstan-pakistan sərhəddində qarşıdurma baş verib

Əfqanıstan ilə Pakistan arasındakı mübahisəli Durand Xəttində iki ölkə sərhəd qoruqçuları arasında qarşıdurma baş verib.

1068738
Əfqanıstan-pakistan sərhəddində qarşıdurma baş verib

Bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Sayed Qafur Əhməd Cavid məlumat yayıb. Əfqanıstan sərhəd qoşunlarının, ərazilərimizə daxil olan Pakistan sərhəd qüvvələrinə atəş etmələri nəticəsində qarşılıqlı qarşıdurma baş verib. Atışmada insan tələfatının olub olmadığı haqda məlumat yoxdur. Ancaq qarşıdurmalara son qoymaq üçün iki ölkə rəsmiləri arasında danışıqlar aparılır.

Qeyd edək ki, Əfqanıstan ilə Pakistan arasında, Şimal-şərqdən Cərubqərbə uzanan 2 min 640 kilometrlik sərhədi təşkil "Durand xətti", 1893-cü ildə imzalanan razılaşma ilə təyin edilib. Pakistanın xətti beynəlxalq sərhəd olaraq qəbul etməsinə baxmayaraq, Əfqanıstan qəbul etmir. Bu da iki ölkə sərhəd əsgərləri arasında qarşıdurmalara səbəb olur.



Әlaqәli Xәbәrlәr