Bu yolla İran xaricdəki vətəndaşlarını ölkəyə cəlb etməyə çalışır

Sözügedən qanun dəyişikliyi layihəsinə bu ana qədər 60 deputat imza atıb

1066852
Bu yolla İran xaricdəki vətəndaşlarını ölkəyə cəlb etməyə çalışır

  İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Heşmətullah Fəlahətpişe ikili vətəndaşlıq sistemində aparılacaq dəyişikliklə xaricdəki 8 milyon iranlının yarısının maddi varlıqlarının ölkəyə cəlb edilməsini nəzərdə tutduqlarını açıqlayıb.

  İslahatçı siyasətçi H.Fəlahətpişe “Arman” qəzetində dərc etdirdiyi məqaləsində xaricdəki ikili vətəndaşlığa malik iranlıların ölkələrinə qayıtması üçün təşviq maddələri hazırlanması ilə bağlı yazır:

  “İran Mülki Məcəlləsinin "İkili vətəndaş olan iranlıların ölkədəki malları müsadirə edilir” cümləsi keçən 989-cu maddəsi dəyişilərsə, xaricdəki 8 milyon iranlının təxminən 4 milyonu ölkələrinə sərmayə qoymaq istəyər.

  Sözügedən qanun dəyişikliyi layihəsinə bu ana qədər 60 deputat imza atıb”.

  Qeyd edək ki, İran parlamenti İqtisadi Komissiyasının sədri Məhəmməd Rza Poribrahimi fevral ayında İrandan ölkə xaricinə 30 milyard dolların çıxdığını bildirib. Amerika Birləşmiş Ştatlarının nüvə müqaviləsindən çəkilməsindən sonra başlayan iqtisadi narahatlıq bu ilin may ayından daha da artıb.



Әlaqәli Xәbәrlәr