Ukraynada NATO üzvü ölkələrinin iştirakı ilə hərbi hava təlimi başladı

Ukrayna Müdafiə Nazirliyindən verilən məlumata görə...

1064601
Ukraynada NATO üzvü ölkələrinin iştirakı ilə hərbi hava təlimi başladı

  Ukraynada NATO üzvü ölkələrinin iştirakı ilə “Açıq səma 2018” (Otkrıtoye nebo) adlı hərbi hava təlimi başlayıb.

  Ukrayna Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkənin mərkəz və qərb tərəfindəki Xmelintiski və Vinnitsya bölgələrində başlayan təlimdə Ukrayna ilə yanaşı Amerika Birləşmiş Ştatları (ABŞ), Böyük Britaniya, Belçika, Danimarka, Estoniya, Hollandiya, Polşa və Rumıniya hərbi qüvvələri də iştirak edir.

  Hərbi təlimin uçuş ekipajının ABŞ və NATO üzvü olan ölkələrin ekipajı ilə birgə uçuş qabiliyyətini artırmaq və müəyyən olunan vəzifələri birlikdə yerinə yetirmək məqsədilə aparılır.

  Manevr 19 oktyabra qədər davam edəcək.



Әlaqәli Xәbәrlәr