Paytaxt Bağdadda terror aktı, 4 nəfər  ölüb

İraqın paytaxtı Bağdadın müxtəlif bölgələrində baş verən partlayışlarda biri əsgər olmaqla, 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

1064241
Paytaxt Bağdadda terror aktı, 4 nəfər  ölüb

Bu barədə Bağdad Polis İdarəsindən baş leytenant Xətim əl-Cabiri məlumat verib. Cabiri partlayışların İŞİD tərəfindən həyata keçirildiyini, İraqda böyük məğlubiyyətə uğrayan təşkilatın bu cür terror hadisələriylə varlığını göstərməyə çalışdığını söyləyib. qeyd  edək ki, İraq Baş naziri Heydər əl-Abadi 2017-ci ilin dekabrında İŞİD-in ölkədə hərbi varlığının sona çatdığını elan etsə də təşkilat xüsusilə daha əvvəl əlində saxladığı bölgələrdəki yatan hücrələri vasitəsilə ara-sıra hücumlarını davam etdirir.



Әlaqәli Xәbәrlәr