Münbiçdə ABŞ-ın əyləndirmə taktikaları dövrəyə girib

Amerika Birləşmiş Ştatları Suriyanın Münbiç zonası məsələsində Türkiyəyə verdiyi sözü hələ də yerinə yetirməyib, bölücü terror təşkilatı YPG/PKK rayon mərkəzinin ətrafını qazdığı çuxur və səngərlərə çevirib.

1063065
Münbiçdə ABŞ-ın əyləndirmə taktikaları dövrəyə girib

   Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalın 4 iyunda verdiyi açıqlamada ABŞ-la əldə olunan razılığa diqqəti çəkərək, Suriyanın Münbiç bölgəsinin YPG/PKK-dan təmizlənməsi üçün 90 günlük təqvim hazırlandığını xatırladaraq, ancaq əyləndirmə taktikalarının dövrəyə girdiyini söyləmişdi.

  Terror təşkilatı isə nəinki Münbiçdən çıxmır, üztəlik rayonda məskunlaşmağa davam edir.

  YPG/PKK-nin rayondan çıxarılmasına yönəlik Türkiyə-ABŞ müqaviləsinə baxmayaraq, iyun ayından etibarən fəaliyyətini sürətləndirib. Təşkilat bütün rayon mərkəzini çuxur və səngərlərlə çevrələyib. Səngərlərin uzunluğu 29,3 kilometrə çatıb. Üstəlik YPG/PKK səngərin önünə dərinlikləri dəyişən torpaq bəndlər də düzəldib.

  Münbiçi əhatə edən səngərlərə görə rayona giriş-çıxışlar ancaq müəyyən nöqtələrdən təmin olunur.

  Türkiyə Silahlı Qüvvələrinin Zeytun Budağı Hərəkatı ilə işğaldan azad edilən Afrindən qaçaraq Münbiçə yerləşən terrorçulara hərbi təlim verilir və bu təlim ABŞ-ın dəstəyilə həyata keçirilir.

  YPG/PKK həmçinin, Münbiçin Fərat Qlaxanı Hərəkatı bölgəsinə, sərhəd mövqeyinə hərbi qüvvə toplayır.



Әlaqәli Xәbәrlәr