İranın şimalını sel aparıb

İranın şimalında şiddətli yağışın yol açdığı seldə 3 adam həyatını itirdi.

1063579
İranın şimalını sel aparıb

  İranın şimalında yerləşən Mazandaran, Gilan və Gülüstan əyalətlərinə bağlı Kurtköy, Əli Abad, Gürgan, Ramser, Bəndər Gəz, Talış və Rudser kimi 22 qəsəbəsində 5 oktyabrdan başlayan və davam edən şiddətli yağış selə səbəb olub, çox sayda ev su altında qalıb.

  Bölgəyə göndərilən axtarış-xilasetmə qrupları seldən 709 nəfəri xilas edib.

  İran dövlət televiziyası Gilan əyalətinə bağlı Talış qəsəbəsində Havik çayına düşən maşında 6 nəfərdən 3-ünün öldüyü, 1 nəfərin isə itkin düşdüyü xəbərini verib. Maşındakı digər 2 nəfər xilasedicilər tərəfindən qurtarılıb.  



Әlaqәli Xәbәrlәr