YPG/PKK-nın işğal altında tutduğu Rakkada narahatlıq artır

Suriyada terror təşkilatı YPG/PKK-nın işğal altında tutduğu Rakkada təşkilatı şəhərdən çıxarmaq istəyən yerli silahlı qüvvələr əməliyyatları davam edir.

1062351
YPG/PKK-nın işğal altında tutduğu Rakkada narahatlıq artır

Suriyada terror təşkilatı YPG/PKK-nın işğal altında tutduğu Rakkada təşkilatı şəhərdən çıxarmaq istəyən yerli silahlı qüvvələr əməliyyatları davam edir.

Dinc əhalisini təzyiqlə silahlandıran YPG/PKK, DEAS ilə qarşıdurmalar zamanı ələ keçirdiyi evləri yiyələrinə təhvil vermir.

Təşkilat yerli məclisə rakkalıları qəbul etmədikdə, şəhəri "kommün" adlandırdğı hissələrə bölüb idarə edir.

Təşkilatın şəhərdən çıxaraq nəzarəti yerli ünsürlərə təhvil verməyi istəyən silahlı ərəblər may ayından bəridir zaman-zaman YPG / PKK ilə topqquşduqda, dinc vətəndaşlar da etiraz aksiyaları keçirir.

YPG/PKK etiraz aksiyalarına qatılan çox sayda vətəndaşı nəzarətə götürmüşdü.

Son vaxtlarda YPG/PKK-lı terrorçulara qarşı şübhəli sui-qəsdlərin sayı da son illərdə artmışdır.

Keçən ay Rakkanın mərkəzi və Tabka bölgəsində YPG/PKK mənsubu ən az 15 terrorçu ölüb.

Yerli mənbələr bildirirlər ki, bəzi sui-qəsdlər Azad Suriya Ordusu ilə əlaqəli silahlı insanlar və tayfalar tərəfindən təşkil olunur.

Sui-qəsdlər qarşısında təşkilat Rakkanın giriş və çıxışlarında qurulan keçid məntəqələrində terrorçuların sayını artırıb.

Rəqqada böyük bir həbsxana quran və tez-tez küçəyə çıxışları qadağan edən təşkilat dinc vətəndaşların evlərinə basqın edir.

ABŞ-ın başçılığındakı koalisiyanın şiddətli hava hücumları nəticəsində məhv etdiyi şəhər mərkəzində vətəndaşlar dağılan evlərini təmir etmək üçün məhdud imkanlarından istifadə edirlər.

YPG/PKK şəhərdəki dinc vətəndaşlara xidmət göstərmir. Heç bir seçimi olmadığı üçün evlərinə qayıdan az sayda mülki şəxs çətin şərtlərdə yaşamaq üçün mübarizə aparır.



Әlaqәli Xәbәrlәr