"Biz bu hazırlıqları görməməzliyə vura bilmərik", M.Zaxarova

Rusiya NATO-nun ay sonunda sərhədlərində aparacağı "Trident Juncture 2018" (Traydent Cançe) hərbi təliminə reaksiya göstərdi.

1061145
"Biz bu hazırlıqları görməməzliyə vura bilmərik", M.Zaxarova

   Bununla bağlı yazılı bəyanat verən Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova deyib: “Rusiya sərhədlərində 30-dan çox ölkədən 40 mindən artıq əsgərin iştirak edəcəyi hərbi təlim NATO-nun Norveç tarixində ən böyük təlimi olacaq. Amma Norveçin Amerika dəniz qüvvələri əsgərlərini torpaqlarında yerləşdirilməsi dostluğa yaraşmayan addımdır. NATO ölkələrinin məqsədi Rusiya sərhədində hərbi varlığını artırmaqdır. Biz bu hazırlıqları görməməzliyə vura bilmərik. Rusiya öz təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görəcək".  

  Qeyd edək ki, NATO-nun "Trident Juncture 2018" hərbi təlimi Norveçdə 25 oktyabrda başlayacaq. NATO-nun baş katibi Yens Stoltenberq bu təlimin ittifaqın son illərdəki ən böyük təlimlərindən biri olacağını bildirib.



Әlaqәli Xәbәrlәr