İranda təbii qaz boru xəttində partlayı baş verib

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində təbii qaz boru xəttində partlayış baş verib.

1060527
İranda təbii qaz boru xəttində partlayı baş verib

İran Dövlət telekanalının, Xuzistan fövqəladə hallar idarəsinin baş direktoru Hacızadəyə istinad etdiyi xəbərə görə Xuzistan-İsfahan təbii qaz boru xəttindəki partlayışdan  sonra  təhlükəsizlik səbəbiylə ətrafda yaşayanlar evakuasiya edilib.

Partlayışın boru xəttində qaz sızıntısı səbəbindən baş verdiyi ehtimal olunur.

Qeyd edək ki, Xuzistan əyalətinin Əhvaz şəhərində, İran-İraq müharibəsinin 22-ci ildönümü münasibətiylə 22 Sentyabrda keçirilən hərbi mərasim əsnasında terror aktı törədilmiş 25 nəfər həyatını itirmiş, 69 nəfər də yaralanmışdı.



Әlaqәli Xәbәrlәr