İran ordusu İraqa zәrbәlәr endirib

Bu barәdә İraq Kürdüstan Demokrat Partiyasından verilәn mәlumatda bildirilib.

1059715
İran ordusu  İraqa zәrbәlәr endirib

İran ordusu İraq Kürd Regional Rәhbәrliyinin nәzarәtindә olan Әrbil şәhәrinin  Sidekan qәsәbәsindәki dağlıq әrazilәrә zәrbәlәr endirib.

Bu barәdә İraq Kürdüstan Demokrat Partiyasından verilәn mәlumatda bildirilib.

Mәlumata görә, İran ordusu Әrbil-İran sәrhәdindә yerlәşәn Sidekan qәsәbәsinin Sakar vә Berbizin dağlarındakı partiyaya mәxsus düşәrgәlәrә zәrbәlәr endirib.

Mәlumatda hücum nәticәsindә ölәn vә ya yaralananın olmadığı bildirilib.

İran qüvvәlәrinin sentyabrın 8-dә Әrbildә fәaliyyәt göstәrәn İKDP-na aid düşәrgәyә endirdiyi zәrbәlәr nәticәsindә 16 nәfәr hәlak olub, 40 nәfәr dә yaralanıb.



Әlaqәli Xәbәrlәr