İran İnqilab Keşikçiləri Qvardiyası Suriyaya raket hücumu təşkil edib

İran dövlət televiziyasının xəbərinə görə, İnqilab Keşikçiləri Qvardiyası tərəfindən təşkil edilən raket hücumunda Suriyanın Deyrizor şəhərinə bağlı Ebu Kamal rayonu vurulub.

1059636

Açıqlamada, neçə raket atıldığı deyilməsə də, raket hücumunun "Əhvazdakı” terror hücumuna cavab tədbiri kimi DEAŞ-ın yerləşdiyi mövqelərə qarşı aparıldığı qeyd olunub.

Fars Xəbər Agentliyinə görə, yerli vaxtla 02.00-də İranın qərbindəki Kermanşah şəhərindən atılan ballistik raketlərin 750 kilometr mənzilli "Zülfüqar" və 800 kilometr mənzilli "Qiyam" raketləri olduğu bildirilib.

Qeyd edək ki, İranın cənub-qərbindəki Huzistan əyalətinə bağlı Əhvaz şəhərində 22 sentyabrda İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə keçirilən hərbi parad mərasimini hədəf alan terror hücumunda 25 nəfər ölmüş, 69 nəfər yaralanmışdı.

Әlaqәli Xәbәrlәr