Gürcüstan fransız şirkətlərindən hava hücumundan müdafiə sistemləri aldı

Gürcüstan Hava Qüvvələri Günü paytaxt Tiflisdəki Alekseevka Hərbi Hava Limanında təşkil olunan mərasimlə qeyd olundu.

1060063
Gürcüstan fransız şirkətlərindən hava hücumundan müdafiə  sistemləri aldı

 Gürcüstan Hava Qüvvələri Günü paytaxt Tiflisdəki Alekseevka Hərbi Hava Limanında təşkil olunan mərasimlə qeyd olundu.
 
 Mərasimdə çıxış edən Gürcüstanın Baş naziri Mamuka Baxtadze hava hücumundan müdafiə sistemlərini inkişaf etdirmək üçün mühüm addımlar atmağa başladıqlarını bildirdi.
 
Baxtadze bu çərçivədə Fransa ilə əməkdaşlıq etdiklərini dilə gətirərək, fransız şirkətlərindən satın alınan radar stansiyaları, mobil idarəetmə və raket sistemlərinin Gürcüstana gəldiyini qeyd etdi.
 
 "Bu andan etibarən Gürcüstanın hava məkanı daha möhkəm qorunacaq və ciddi  şəkildə nəzarət ediləcək" deyən Baxtadze Amerika Birləşmiş Ştatlarından da ölkənin hava müdafiə sistemləri və helikoprerlərinin modernləşdirilməsi məsələsində dəstək aldıqlarını dedi.
 
 Fransadan satın alınan radar stansiyaları, mobil idarəetmə və hava müdafiə raketlərinin nümayiş olunduğu mərasimdə Müdafiə naziri Levan İzoria, Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçibaia və başqa dəvətlilər iştirak etdilər.



Әlaqәli Xәbәrlәr