Yunanıstan “Zorba” tropik fırtınası ilə mübarizə aparır

Yunanıstan dövlət xəbər agentliyi AMNA-ya məlumat verən Orta Yunanıstan Əyalət rəhbəri Kostas Bakoyannis deyib: “Bir cəhənnəm yaşayırıq..."

1059430
Yunanıstan “Zorba” tropik fırtınası ilə mübarizə aparır
yunanistan zorba3.jpg
yunanistan zorba2.jpg
yunanistan zorba1.jpg

  Yunanıstan “Zorba” adı verilən tropik fırtına ilə mübarizə aparır.

  Regionda nadir görünən fırtına, xüsusilə, ölkənin cənubundakı Mora yarımadası və paytaxt Afina yaxınlığında təsirli olub.

  Fırtına nəticəsində su daşqınları baş verib.

  Yıxılan ağaclar elektrik xətlərinə zərər vurub, çox sayda ev və iş yeri zədə alıb.

  Yunanıstanın Mülki Müdafiə Nazirliyi Baş Katibliyindən verilən məlumata görə, çox sayda evi su basıb, bir çox yol keçilməz olub, ölkənin cənubuna gedən qatar səfərləri dayandırılıb. Yanğınsöndürmə təkcə Moradan 640 yardım çağırışı alıb. Afina ətrafındakı limanlarda gəmi səfərləri təxirə salınıb. Elefterios Venizelos Beynəlxalq Hava Limanında uçuşlar axsayıb.

  Yunanıstanın cənub sahillərində şiddətli külək və nəhəng dalğalar zədələrə yol açıb. Sahillərdə lövbərli onlarla gəmi və yaxta alt-üst olub.

  Arqos şəhərində çayın daşması nəticəsində çox sayda evi su basıb, maşınlar suya düşüb.

  Afinaya təxminən 100 kilometrlik məsafədə yerləşən Korint körfəzi yaxınlığında isə yıxılan ağacların elektrik xətlərinə zərər verib, işıqlar sönüb.

  Afinadan cənub və şimal istiqamətlərdəki avtomobil magistral yolları leysan yağış səbəbindən nəqliyyata qapadılıb, uzun maşın növbələri yaranıb.

  Afina şəhər mərkəzində də bəzi yollar istifadə edilmir.

  Yunanıstan dövlət xəbər agentliyi AMNA-ya məlumat verən Orta Yunanıstan Əyalət rəhbəri Kostas Bakoyannis deyib: “Bir cəhənnəm yaşayırıq. Gecə boyu yağış və palçığa qarşı mübarizə apardıq. Çox böyük ziyan var. Fırtınanın ən çox təsir etdiyi bölgələrdə fövqəladə vəziyyət elan olunub.”

  Qeyd edək ki, Yunanıstan Egey dənizi ərazisindən ölkənin şimalına doğru hərəkət edən fırtınanın Evia, Tesalya və Şimali Egey dənizi adalarında təsirli olacağından narahatdır.



Әlaqәli Xәbәrlәr