"Səudiyyə Ərəbistanı radikal təbliğatının mühüm mənbəyi terrordur", B.Kasımi

İran Amerika Birləşmiş Ştatları dövlət katibi Mayk Pompeo və Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil əl-Cubeyrin Tehran hakimiyyətilə bağlı açıqlamalarına reaksiya göstərdi.

1059388
"Səudiyyə Ərəbistanı radikal təbliğatının mühüm mənbəyi terrordur", B.Kasımi

   İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi etdiyi yazılı açıqlamada bildirib:

  “Mayk Pompeonun İraqın Bəsrə şəhərindəki konsulluq binasında xidmət verməyəcəyi və hər hansı bir təcavüz hadisəsi olarsa, İranın məsuliyyət daşıyacağı ifadələrini "gülünc və şübhə oyandıran"dır.

  ABŞ İran əleyhinə açıqlamalarını ölkəsində özünə qarşı nümayişlərdən xilas olmaq üçün ortaya atır. Rəsmi Tehran diplomatik missiya və nümayəndələrinə qarşı hər cür təcavüzü pisləyir.

  ABD İranla bağlı əsassız iddialardan hələ də əl çəkmir.

  Rəsmi Vaşinqton İraq hökumətinin qurulması planını qurmaqda günahkardır.

  Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil əl-Cubeyri "Yaxın Şərqdə sülh üçün İran işğalçılıq siyasətini buraxmalı" sözlərinə münasibətimiz budur ki, rəsmi Riyad özü terrorizmin dəstəkçisidir. Səudiyyə Ərəbistanı radikaldır və təbliğatının mühüm mənbəyi terrorizmdir.

  Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail lobbisi ABŞ prezidenti Donald Trampın siyasətinə dəstək verir və bu ölkələrdən aldıqları milyardlarla dollarla rəsmi Vaşinqtonun xarici siyasətini icra edir, müharibə və qeyri-sabitliyi yaymaq üçün çalışırlar.”



Әlaqәli Xәbәrlәr