Riyad əl-Maliki: "Hazırkı ABŞ rəhbərliyi Fələstin xalqına qarşı açıq müharibə başlatdı"

Fələstin xarici işlər naziri Riyad əl-Maliki Amerika Birləşmiş Ştatları rəhbərliyinin Fələstin xalqına qarşı açıq müharibə başlatdığını söylədi.

1057986
Riyad əl-Maliki: "Hazırkı ABŞ rəhbərliyi Fələstin xalqına qarşı açıq müharibə başlatdı"

Fələstin dövlət başçısı Mahmud Abbas ilə birlikdə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində iştirak etmək üçün Nyu-Yorkda olan Fələstin xarici işlər naziri Riyad əl-Maliki ABŞ prezidenti Donald Trampın ötən gün Fələstin-İsrail məsələsi ilə bağlı verdiyi açıqlamaları şərh etdi.

Maliki prezident Trampın Fələstin-İsrail məsələsində ikidövlətli həllin tərəfdarı olması ilə bağlı açıqlaması barəsində: "Prezident Tramp birini bölgəmiz üçün həqiqi bir sülh istədiyinə inandırmaq istəyirsə, 1967-ci il sərhədlərində olan ikidövlətli həll yolunu dəstəklədiyini, Şərqi Qüds bə İordan çayının qərb sahilinin işğal altındakı torpaqlar olduğunu söyləməlidir" dedi.

Tramp rəhbərliyinin Fələstin siyasətini tənqid edən Maliki: "Hazırkı ABŞ rəhbərliyi Fələstin xalqına qarşı açıq müharibə başlatdı" ifadəsini işlətdi.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən gün İsrail baş naziri Binyamin Netanyahu ilə görüşündən sonra verdiyi açıqlamada Fələstin-İsrail məsələsi ilə bağlı: "Düşünürəm ki, ikidövlətli həll ən yaxşı yoldur" deyib.

 

 

 

 



Әlaqәli Xәbәrlәr