İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edildi

İran hökuməti Əhvaz şəhərində keçirilən parad zamanı törədilən terror aktı ilə əlaqədar sentyabrın 24-də ölkədə matəm elan edib.

1055151
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edildi

İran hökuməti Əhvaz şəhərində keçirilən parad zamanı törədilən terror aktı ilə əlaqədar sentyabrın 24-də ölkədə matəm elan edib.

Terror aktı qurbanlarının dəfn günü İranda milli matəm elan olunub. İran hökuməti terror aktı zamanı ölənlərin ailələrinə başsağlığı verib və xəsarət alanlara şəfa diləyib.

Qeyd edək ki, Əhvaz şəhərində keçirilən hərbi parad zamanı terrorçuların mərasim iştirakçılarını atəşə tutması nəticəsində 28 nəfər həlak olub, daha 60 nəfər isə yaralanıb.

Bu arada İranın informasiya və milli təhlükəsizlik naziri Mahmud Ələvi Əhvaz şəhərində keçirilmiş hərbi paradda törədilən terror aktı ilə əlaqədar şübhəlilərin saxlanması barədə məlumat verib.

Nazir sentyabrın 22-də baş vermiş terror hücumu qurbanlarının anım mərasimində hücumla bağlı olan bütün terrorçuların kimliklərini müəyyənləşdirdiklərini, bu terror şəbəkəsinin böyük hissəsinin həbs edildiyini bildirib.



Әlaqәli Xәbәrlәr