İrandakı silahlı hücumda ölənlərin sayı 25 oldu

İran İnqilab Keşikçiləri Ordusunun sözcüsü Ramazan Şərif hücumun "Əl Əhvaziyə"  təşkilatı tərəfindən təşkil olunduğunu söylədi.

1054802
İrandakı silahlı hücumda ölənlərin sayı 25 oldu

İranın Əhvaz şəhərində dünən təşkil olunan silahlı hücumda ölənlərin sayı 25-ə yüksəldi.
 
 İran dövlət televiziyası İran-İraq müharibəsinin ildönümü münasibətilə Əhvaz şəhərində keçirilən hərbi paradı hədəf alan terror hücumunda yaralı sayının isə 60-a yüksəldiyini açıqladı.
 
Həlak olanların arasında bir polkovnik və kapitan da var.

Ölənlərdən 17-nin əsgər, digərlərinin isə mülki vətəndaş olduğu bildirildi.
 
 "Əsri Cunub" jurnalının əməkdaşı Yunis Purhulu adlı jurnalistin də hücumda öldüyü açıqlandı.
 
 İran İnqilab Keşikçiləri Ordusunun sözcüsü Ramazan Şərif hücumun "Əl Əhvaziyə"  təşkilatı tərəfindən təşkil olunduğunu söylədi.
 
 Şərif bu qrupun Səudiyyə Ərəbistanı tərəfindən dəstəkləndiyini iddia etdi.
 
"Əl Əhvaziyə" adı ilə tanınan "Əhvaz Xalqı Demokratik Cəbhəsi" İranın cənub-qərbində müstəqil ərəb rəhbərliyi qurmağı hədəf seçən separatçı bir təşkilat kimi tanınır.
 
 İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif  Twitter hesabı vasitəsilə verdiyi açıqlamada hücuma görə Amerika Birləşmiş Ştatlarının və terrorizmin regional havadarlarının məsuliyyət daşıdıqlarını bildirdi.
 
 İran Silahlı Qüvələri Baş Qərargahının sözçüsü Əbülfəzl Şikarçi də ABŞ, İsrail və Səudiyyə Ərəbistanının Əhvazdakı silahlı hücuma görə məsuliyyət daşıdıqlarını qeyd edərək: "Bu aksiyalar cavabsız qalmayacaq" dedi.
 
 Şikarçi 4 təcavüzkarın silahlarını bir neçə gün əvvəl Fars Körfəzindəki ölkələrdən aldığını və tədbirlərin keçirildiyi sahədə gizlədiklərini açıqladı.
 
Baş Qərargah sözçüsü hücumçulardan 3-nün hadisə yerində, birinin də xəstəxanada öldüyünü qeyd etdi.
 
 İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Əli Nəcəfi isə Əhvazdakı silahlı hücumun bu gün keçiriləcək iclasda müzakirə olunacağını söylədi.
 
 



Әlaqәli Xәbәrlәr