Terror təşkilatı YPG/PKK Suriyada dinc vətəndaşlara qarşı qanun pozuntularını davam etdirir

Terror təşkilatı YPG/PKK Suriyada işğal etdiyi bölgələrdə dinc vətəndaşlara qarşı qanun pozuntularını davam etdirir.

1054071
Terror təşkilatı YPG/PKK Suriyada dinc vətəndaşlara qarşı qanun pozuntularını davam etdirir

Terror təşkilatı YPG/PKK Suriyada işğal etdiyi bölgələrdə dinc vətəndaşlara qarşı qanun pozuntularını davam etdirir.

Yerlə mənbələrdən əldə edilən məlumata görə, YPG/PKK Kobani qəsəbəsinə bağlı Əl-Kubbə yaşayış məntəqəsi və məntəqə daxilindəki 10 kənddə komendant saatlar elan edib.

YPG/PKK Əl-Kubbə yaşayış məntəqəsinin giriş və çıxışlarını bağlayıb. Küçələrində ağır silahlarla xeyli sayda terrorçu gəzir.  

Əl-Kubbə və kəndlərindəki evlərə basqın edən terror təşkilatı mənsubları son 2 gündə 3 qadını və 23 gənc oğlanı Azad Suriya Ordusu (ASO) ilə əməkdaşlıq etməkdə ittiham edərək saxlayıb, bugün isə azadlığa buraxıb.

Mənbələr ərəblərin sıx yaşadığı bölgədəki dinc vətəndaşların evlərinə basqın edən terror təşkilatı üzvlərinin ailə fərdlərini döyərək tələfonlarını, qızıl və dəyərli əşyalarını müsadirə etdiklərini bildirir.

Əl-Kubba bölgəsi terror təşkilatının köç və işğal siyasətlərinin əleyhinə olan ərəb yaşayış məntəqələrindən biri kimi tanınıb.

“Anadolu” xəbər agentliyinin xətirə ölçülərinə görə, Suriya ərazilərinin təqribən 28 faizi YPG/PKK işğalı altındadır.



Әlaqәli Xәbәrlәr