İranda qəzet bağlandı

İranda dərc olunan "Seda-yi İslahat" (İslahatın Səsi) adlı qəzet Həzrəti Hüseynin qızı Həzrəti Ruqiyyəyə həqarət etməsi səbəbindən bağlandı.

1050978
İranda qəzet bağlandı

İranda dərc olunan "Seda-yi İslahat" (İslahatın Səsi) adlı qəzet Həzrəti Hüseynin qızı Həzrəti Ruqiyyəyə həqarət etməsi səbəbindən bağlandı.

İran mətbuatında verilən xəbərlərə görə, İran Baş Prokurorluğu "Seda-yi Islahat" qəzetinin 13 sentyabr tarixli sayında dərc olunan xəbərdən sonra istintaqa başlayıb.

İstintaqın nəticəsində prokurorluq "Seda-yi Islahat" qəzetinin bağlanması barəsində qərar çıxarıb.

Bu qərara səbəb dodağının yarısı dodaq boyası ilə boyanmış bir kişi fotoşəkli göstərilir. Qəzetdə fotoşəklin altında "Ruqiyyə 22 ildən sonra Mehdi oldu" başlığı vardı.

Xəbərdə Ruqiyyə adlı bir qızın 22 yaşında cinsini dəyişdirərək kişi olduğu və Mehdi Daryuş adını aldığı bildirilir, Daryuşun ictimai problemlərlə üzləşməsindən, cins dəyişdirmə mərhələlərindəki çətinliklərindən bəhs edilirdi. 

İranda bəzi dairələr foşəkil, başlıq və xəbərin Məhərrəm ayında qəsdən dərc olunduğunu və əsl niyyətin Həzrəti Ruqiyyəyə həqarət etmək olduğunu dilə gətirərək qəzetə reaksiya göstərmişdilər.

 

 



Әlaqәli Xәbәrlәr