İran İdlib əməliyyatına qatılacaqmı?

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi açıqlama verib.

1051172
İran İdlib əməliyyatına qatılacaqmı?

  İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi ölkəsinin, Bəşər Əsəd hökuməti Suriyanın İdlib bölgəsinə hücum edərsə, əməliyyata qatılmayacağını dedi.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin İranın paytaxtı Tehrandakı üçlü zirvə toplantısından sonra İran hökuməti son 10 gündə ikinci dəfə Suriya məsələsinə dair bəyanat verir.

  İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi İdliblə əlaqədar jurnalistlərə verdiyi açıqlamada deyib: “İran İdliblə bağlı heç bir əməliyyatda olmaq istəmir. İdlibə görə sərf edilən səylərin əhəmiyyətini nəzərə alaraq nəticə qazanılmasına ümid edirik”.



Әlaqәli Xәbәrlәr