“İran, neftini hədəfə alacağıq” :N.Heyli

İrana istiqamətli sanksiyaların tətbiqinə yenidən başlayaraq İran neftini hədəfə alacayıq. Bunu ABŞ-ın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanındakı daimi nümayəndəsi Nikki Heyli bildirib.

1048625
“İran, neftini hədəfə alacağıq” :N.Heyli

Nikki Heyli bu barədə "Fox News" telekanalında gündəmə dair sualları cavablandırarkən danışıb. Donald Tramp rəhbərliyinin İran siyasətinə münasibət bildirən və rəsmi Tehrana iradlar yönəldən N.Heyli: "İran neftini hədəf alacağıq və təsirlərini həqiqətən hiss etməyə başlayacaqlar", - deyib. Tramp rəhbərliyinin Fələstin Qurtuluş Təşkilatının Vaşinqton ofisini bağlamaq qərarına da toxunan Heyli "Danışıqlar masasına gəlməsələr nə üçün Vaşinqtonda ofisləri olsun, nə üçün fələstinliləri maliyyələşdirməyə davam edək? Amma bu bizim sülh planı üzərində işimizə mane olmayacaq. Bu sahədə irəllilədiyimizə inanır və masaya gəlmələrini ümid edirik", - deyə qeyd edib.



Әlaqәli Xәbәrlәr